“Bakı” klubu AZAL-ı 2:1 hesabı ilə məğlub etmişdir
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də futbol üzrə Unibank Premyer Liqasının 30-cu turuna paytaxtın “Bakı”-AZAL komandalarının oyunu ilə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunun 20-ci dəqiqəsində “Bakı”nın futbolçusu Aleksandr Soliç hesabı açmışdır. Qarşılaşmanın 66-cı dəqiqəsində AZAL-ın futbolçusu Usim Nduka hesabı bərabərləşdirmişdir. Matçın 79-cu dəqiqəsində Vyaçeslav Safroninin vurduğu qol “Bakı”nın qələbəsini rəsmiləşdirmişdir.
Beləliklə, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyun 2:1 hesabı ilə “Bakı” klubunun xeyrinə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]