“BAKI MUZEYLƏRİ” BƏLƏDÇİSİ NƏŞR EDİLMİŞDİR
Muzey Mərkəzində İKOM-un 60 illiyinə və Beynəlxalq Muzeylər gününə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilmişdir. Bələdçidə Bakı muzeylərinin kolleksiyaları barədə ümumi məlumat verilmiş, onların yaranma tarixi, ünvanları, telefon nömrələri və sair göstərilmişdir.
Kitabda eyni zamanda ölkəmizdə muzey işinin tarixi, hələ XIX əsrin sonlarında böyük ədib Cəlil Məmmədquluzadənin işlədiyi Nehrəm kənd məktəbində təşkil etdiyi muzey, XX əsrin əvvəllərində isə Bakı şəhərində xalq məktəbləri müdiriyyətləri nəzdində yaradılmış pedaqoji muzeylər barədə maraqlı məlumatlar verilmişdir.
Sonralar Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış İstiqlal Muzeyindən, Xalq Maarif Komissarlığının qərarı ilə 1920-ci ildə açılmış Azərbaycan Dövlət Muzeyindən, 1934-cü ildə təsis olunmuş Dövlət Teatr Muzeyindən, 1936-cı ildən fəaliyyət göstərən Dövlət İncəsənət Muzeyindən ardıcıllıqla söz açılır.
Bələdçidə hazırda Azərbaycanda 160-dək müxtəlif təmayüllü muzeyin fəaliyyət göstərdiyi bildirilir.
Muzeylər tərəfindən verilmiş məlumatlara əsaslanan kitabı Röya Tağıyeva, Adilxan Bayramov, Aybəniz Vəkilova, Xədicə Əsədova, Leyla Həmidova və Nərminə Tağıyeva tərtib etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]