Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı payızı–2023” müsabiqəsinin təşkilatçıları: Başlıca vəzifəmiz Azərbaycanın istedadlı gənclərini dünya arenasına çıxarmaqdır

Bakı, 25 noyabr, Anarə Axundova, AZƏRTAC

Başa çatmaqda olan payızın ən parlaq hadisələrindən biri "Bakı payızı-2023 - 35 il sonra" istedadlar müsabiqəsi oldu. Layihə gənc ifaçılar arasında böyük əks-səda doğurub. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 500-ə yaxın iddiaçı müsabiqədə iştirak etmək istəyini ifadə edib. Yekun qala tədbiri Heydər Əliyev Sarayında uğurla keçirilib və böyük izləyici auditoriyası toplayıb.

Layihə “Best Cast Talent Agency”, “Golden Arts Entertainment”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Tədbirin müəllifi və rejissoru əfsanəvi "Karvan" qrupunun yaradıcısı Sevinc Kərimovadır, təşkilatçılığı isə Səbinə Həsənova həyata keçirib.

Müsabiqədə "vokal", "xoreoqrafiya", "orijinal janr", "musiqi qrupları" və "bəstəkarlar" adlı beş nominasiya təqdim edilib. Münsiflər heyətinin üzvləri arasında bəstəkar və prodüser İsa Məlikov, Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, Əməkdar artist Almaz Ələsgərova, məşhur müğənni İlqar Xəyal, bəstəkar və pianoçu Emil Əfrasiyab, müğənni, bəstəkar, musiqi prodüseri, şoumen Murad Arif, teleaparıcı Könül Arif, məşhur sirk artisti, Beynəlxalq Sirk Sənəti Festivalının ən ali mükafatlarının laureatı Allahverdi İsrafilov və başqaları var idi.

Layihənin müəllifi və rejissoru Sevinc Kərimova sevimli şəhərimizin bu əfsanəvi tədbirinin yenidən canlandırılması ideyasının necə yaranması ilə bağlı AZƏRTAC-a danışıb.

"2022-ci ildə "Karvan" qrupunun Bakıda keçirdiyimiz konsertindən sonra insanlar bizdən "Bakı payızı" müsabiqəsinin yenidən bərpa edilməsini xahiş etməyə başladılar. Mən Mədəniyyət Nazirliyinə müraciət etdim və onlar bu fikri dəstəklədilər. 35 il ərzində ölkəmizdə müsabiqədə iştirak etmək istəyən çox sayda gənc ifaçı yetişib. Müsabiqəni elan edəndə təxminən 500-ə yaxın iştirak ərizəsi aldıq. Bundan başqa, təkcə Azərbaycan vətəndaşları yox, xaricdə yaşayan soydaşlarımız da müsabiqədə iştirak üçün müraciət etmişdilər. İddiaçılar sırasına Türkiyə, Rusiya, Ukrayna, Qətər, İspaniya, Almaniya kimi ölkələr də qoşuldu. Diasporla İş üzrə Dövlət Komitəsi bizə bu işdə kömək etdi. Bu tədbir milli mədəniyyətimiz üçün böyük bayrama çevrildi. Bu cür layihələr böyük əhəmiyyətə malikdir, çünki gənclərimiz həvəsləndirilməyə, bir araya gətirilməyə, istiqamətləndirilməyə ehtiyac duyurlar. Bu cür tədbirlər istənilən janrda, o cümlədən estrada janrında incəsənətimizin inkişafına təqdirəlayiq təkan verir", - deyə Sevinc Kərimova bildirib.

Layihənin təşkilatçısı Səbinə Həsənova isə, öz növbəsində, tədbirə hazırlıq işləri haqqında söz açıb.

“Hazırlıq işlərinə ötən ilin oktyabr ayından başlamışıq. İşi hansı istiqamətdə aparacağımız, necə işləyəcəyimiz, neçə nominasiya təqdim edəcəyimizlə bağlı plan işləyib hazırladıq. Məsələn, bəstəkarlar üçün nominasiya əlavə etmək qərarına gəldik, 1988-ci ildə bu nominasiya mövcud deyildi. Vokalçılar və musiqi qrupları tərəfindən axın həddindən artıq çox idi. Daha münasib olan iştirakçıları birinci turda iştirak üçün seçdik. Biz iştirakçılarla məşğul olurduq, - Sevinc xanım onların hər biri ilə ayrıca iş aparırdı, - onların repertuarını tərtib edirdik, köməklik göstərirdik. Eyni zamanda, gənclərə özlərinin mahnı seçmələri üçün imkan yaratmışdıq” - S.Həsənova qeyd edib.

Təşkilatçıların sözlərinə görə, onların vəzifəsi bu ənənəni dirçəltmək idi. Amma təkcə bu yox...

“Bu müsabiqə franşiza deyil. Onun öz tarixi, öz kökləri var. 1988-ci ilin “Bakı payızı” müsabiqəsinin qalibləri hazırda estrada ulduzlarıdır. Bu müsabiqədən sonra əfsanəvi “Karvan” qrupu yaradıldı. Digər vacib məqsədimiz istedadlı gənclərimizi bir araya gətirməkdən, onların bir ailə kimi bir-birinə kömək etməsinə və dəstək olmasına, təkan verməsinə nail olmaq idi. Biz buna nail ola bildik” - S.Həsənova əlavə edib.

Lakin layihənin missiyası bununla başa çatmır. Əksinə, bu işdə ən vacib mərhələ müsabiqə başa çatandan sonra başlayır.

“Məqsədimiz təkcə qalibləri müəyyən etməkdən ibarət deyil, həm də bütün gənclərə kömək göstərmək, onların musiqi sənətində, estrada janrında düzgün yetişə bilmələri üçün incəsənət, musiqi ilə bağlı zövqlərini formalaşdırmaqdan ibarətdir. Bəli, müsabiqəmizdə birinci, ikinci və üçüncü yerlər var idi, ancaq biz qala-konsertdə bütün vokalçıların iştirak edə bilməsinə imkan yaratdıq. Bəstəkarlıq janrında iştirak edən və ilk üç yeri tutan qaliblər öz bəstələdikləri mahnıları ifa etmələri üçün müsabiqədəki vokalçılara təqdim etdilər. Rəqs janrlarının qaliblərini musiqi qrupları ilə birləşdirdik, daha doğrusu, artistlərin bir-biri ilə qarşılıqlı ünsiyyət yarada biləcəyi maraqlı sintezin yaradılmasına nail olduq. Nəticə etibarilə, çox maraqlı konsert tədbiri alındı” - layihənin təşkilatçısı vurğulayıb.

Hazırda "Bakı payızı - 2023" müsabiqəsinin təşkilatçıları gələcəkdə də Azərbaycanın istedadlı gənclərinin tanıdılması üzərində iş aparmağı planlaşdırırlar.

S.Həsənova deyib: “Biz Azərbaycanın gənc istedadlarının gələcəkdə ölkəmizi təmsil edəcəkləri beynəlxalq arenaya çıxmalarına köməklik göstərmək istəyirik. Hazırda biz İtaliya səfirliyi ilə sıx əməkdaşlıq edirik və istedadlı gənclərimizi, məsələn, San-Remoya göndərmək istəyirik. Onların repertuarı üzərində iş aparırıq. Mikayıl Vəkilov onlara qala-konsertdə ifa etmək üçün çoxlu sayda mahnı hədiyyə edib. Biz gənc ifaçılarımızı onların öz yeni mahnıları ilə tanıtmaq, onlar üçün klip çəkmək, yeni və müasir musiqi platformalarında irəli çəkmək istəyirik”.

Xoreoqrafik nömrələrin qurulması Lenay Seyidəli-zadəyə həvalə edilmişdi.

“Mənim vəzifəm təkcə rəqqaslar üçün yox, həm də vokalçılar üçün rəqs quruluşlarının yerinə yetirilməsindən ibarət idi. Bunu həyata keçirmək mənim üçün çox maraqlı idi. Layihə üçün mahnıların bir çoxu bəstəkar Mikayıl Vəkilov tərəfindən yazılmışdı. Bu musiqilərdə o qədər məna, sehr, melodiya var idi ki, onları dinləyəndə beynimdə bu mahnılara necə quruluş verəcəyim dərhal gözlərimin önündə canlanırdı”, - deyə xoreoqraf Lenay Seyidəli-zadə layihədəki işindən söz açıb.

Xoreoqrafın sözlərinə görə, paralel olaraq rəqqaslarla da genişmiqyaslı iş aparılırdı. Layihədə “Gülüstan” rəqs ansamblı da iştirak edirdi, ansamblın artistləri demək olar ki, hər musiqi nömrəsində səhnəyə çıxırdılar.

“Rəqs istənilən tədbirin bəzəyidir. Xüsusilə, əgər söhbət tamaşaçının parlaq və hərəkətli səhnə görməyi arzuladığı böyük konsertlərdən gedirsə... İfaçıların əsasən müğənnilərdən və musiqiçilərdən ibarət olduğu tədbirlərdə proqrama mütləq səhnəyə rəngarənglik gətirən rəqs nömrələri əlavə etmək lazımdır. Əgər vokalçı özü də musiqinin sədaları altında rəqs edirsə, bu, lap əladır. Əlbəttə, bütün bunların hamısı əlavə hazırlıq tələb edir - hər müğənni ifa etdiyi mahnıya paralel olaraq rəqs etməyi bacarmır. Bu, çətin işdir. “Bakı payızı” müsabiqəsində elə musiqi nömrələri var idi ki, vokalçılar rəqqaslarla birgə rəqs edirdilər, nəticə də sadəcə olaraq, möhtəşəm idi. Tamaşaçılar belə çıxışları xüsusi coşqu ilə qarşılayırdılar” - L.Seyidəli-zadə əlavə edib.

“Bakı payızı-2024” müsabiqəsinin keçirilməsinə gəldikdə isə, təşkilatçılar artıq çox güman ki, gələcəklə bağlı planlar barədə düşünürlər. “Bizə hələ də müraciətlər olunur, onlar təkcə iştirakla bağlı deyil, könüllü olmaq istəyənlər də var. Yazanların sayı çoxdur, bizimlə əməkdaşlıq etmək istəyirlər. Müsabiqənin ictimaiyyət arasında, xalq arasında belə böyük marağa səbəb olması həqiqətən sevindirici haldır”, - deyə layihənin təşkilatçısı S. Həsənova vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır