BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA XXI SPARTAKİADANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də “Start” İdman və Əyləncə Kompleksində Bakı şəhər məktəbliləri arasında XXI spartakiadanın açılış mərasimi keçirilmişdir.
Yarışın təntənəli açılış mərasimində dövlət himni səsləndirildikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Milli Olimpia Komitəsinin vitse-prezidenti Xəzər İsayev və başqaları çıxış edərək idmançılara uğurlar arzulamışlar.
Natiqlər diqqətə çatdırmışlar ki, məktəblilər arasında spartakiadalar ənənəvi olaraq 1986-cı ildən etibarən keçirilır. Spartakiada Bakı şəhər məktəbləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasına nail olmaq, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədi ilə BŞGİBİ və Bakı Şəhəri üzrə Təhsi İdarəsi arasında təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq keçirilir. Yarışların proqramına 8 idman növü daxil edilmişdir ki, bunlar-stolüstü tennis, voleybol, dama, güllə atıcılığı, dördnövçülük, mini futbol və “Cırtdan” oyunlarıdır.
Açılış mərasimində geyd olunmuşdur ki, başa çatmış XX spartakiadada 1006 nəfər məktəbli iştirak etmiş və onlardan 360 nəfəri qızlar olmuşdur. Spartakiadanın nəticələrinə görə ümumi komanda hesabında 1-ci yerə Əzizbəyov rayon məktəbliləri çıxmışlar.
Sonda XX spartakiadada fərqlənmiş komandalara fəxri fərman və kubok təqdim edilmişdir.