Bakı şəhər xalq teatrları festivalının baxış-müsabiqəsi davam edir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən Bakı şəhər xalq teatrları festivalının baxış-müsabiqəsinin ikinci mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş festivalın baxış-müsabiqənin ikinci günündə Sarabski adına mədəniyyət evinin teatr qrupunun, Müşfiqabad qəsəbə mədəniyyət evinin dram dərnəyinin, Ə.Əmirov adına mədəniyyət sarayının dram dərnəyinin, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin kukla və xalq teatrlarının tamaşaları nümayiş etdirilmişdir.
Baxış-müsabiqədə həvəskar rejissorlar Oqtay Əliyevin hazırladığı “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası, Dursun Musayevin xalq nağılı əsasında səhnələşdirdiyi “Balaca sərçənin nağılı” tamaşası, Əlixan Ağakişiyev və Dilşad Rəhimlinin Abdulla Şaiqin eyni adlı əsəri əsasında hazırladıqları “Tıq-tıq xanım” tamaşası, Bəhruz Vaqifoğlunun hazırladığı nağıl-tamaşa maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]