ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin fevralın 14-də nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. BŞTİ-nin müdiri vətəndaşları fevralın 19-da qəbul edəcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 167 nömrəli tam orta məktəbdə (ünvan: Abbas Mirzə Şərifzadə küçəsi 152) Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.