Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 məktəbdə əsaslı təmir işləri aparılıb
Bakı, 17 iyun, AZƏRTAC
2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.
İki məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. Bir məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.
Eləcə də 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]