Bakı Su İdmanı Sarayında keçiriləcək futvole üzrə “Qızmar Bakı qumu” turnirinin vaxtı dəyişdirilib
Bakı, 24 iyul, AZƏRTAC
Xəbər verildiyi kimi, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında futvole üzrə “Qızmar Bakı qumu” turniri start götürəcək.
AFNA-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 29-da keçirilməli olan turnirin vaxtı dəyişdirilib. Bakı Su İdmanı Sarayının Assosiasiyaya müraciəti əsasında yarış bir gün sonraya təyin edilib. Müraciətdə iyulun 29-da Bakı Su İdmanı Sarayında çimərlik futbolu üzrə superliqanın iki matçının keçiriləcəyi bildirilib. Beləliklə, “Qızmar Bakı qumu” turniri iyulun 30-da saat 18:30-da başlayacaq.
Turnirdə kişi və qadın komandaları iştirak edəcəklər. Bir gün davam edəcək yarışda kişilərdən ibarət səkkiz futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qruplarda ilk iki sıranı tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Qadın idmançıların mübarizəsinin də maraqla keçəcəyi gözlənilir.
Qeyd edək ki, “Qızmar Bakı qumu” yarışı avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]