Bakıda “4-cü Sənaye İnqilabı”nın və “SIRI” proqramının üstünlükləri barədə təqdimat keçiriləcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da “Innovation Management and TRIZ Institute” (IMTI) İnstitutu, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və The International Centre for Industrial Transformation (INCIT) təşkilatçılığı ilə Bakıda “Rəqəmsal transformasiya və İstehsal məhsuldarlığı” mövzusunda tədbir keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal transformasiya və İstehsal məhsuldarlığı” sahəsində müzakirələrin məqsədi biznesin inkişafı üçün yeni imkanlardan yararlanmaqdır. Tədbir “The International Centre for Industrial Transformation”-nun (INCIT)” baş direktoru Raimund Klein, “INCIT” Türkiyə nümayəndəsi Aykut Yeni və “Innovation Management and Triz Institute” rəhbəri Prof. Dr. Ali B. Kutvanın iştirakı ilə keçiriləcək. Aykut Yeni tərəfindən “4-cü Sənaye İnqilabı”nın və “SIRI” proqramının üstünlükləri barədə təqdimat ediləcək.
Konfrans çərçivəsində müvafiq sahədə işgüzar müzakirələr gözlənilir.