BAKIDA AVSTRİYALI QRAFİK-DİZAYNERİN FƏRDİ SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Avstriya Federal Xarici İşlər Nazirliyi, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə tanınmış Avstriya qrafik-dizayneri, litoqrafiya üzrə mütəxəssis Diter Yozefin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fərdi sərgisi açılacaqdır.
Sentyabrın 30-dək davam edəcək sərgidə D.Yozefin 30-dan çox litoqrafiya əsəri nümayiş etdiriləcək və sərgi çərçivəsində Rəssamlıq Akademiyasının litoqrafiyaya maraq göstərən tələbələri üçün müəllifin rəhbərliyi ilə ustad dərsi keçiləcəkdir.
Basma üsulla işləməyə üstünlük verən sənətkarın hazırladığı litoqrafiya əsərləri kiçik tirajlı orijinal qrafika numunələri sayılır. Bu numunələrdə muəllifin uzərini əllə rənglədiyi və metal lovhələr uzərində surətini çıxardığı mətbəə kağızları, xüsusilə böyüdülmüş bədii fotolar, yenidən emal edilir. Bu əsərlərin bir çoxu klassik litoqrafiya daşları vasitəsilə də basılır.
Rəssamlıq Akademiyasında təşkil edilən sərgi avstriyalı sənətkarın Azərbaycanda ilk fərdi sərgisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]