Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası olub

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə edilib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etimada əsaslanan münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələr strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda davamlı şəkildə möhkəmlənir.

Eyni zamanda, vurğulanıb ki, çoxşaxəli strateji tərəfdaşlıq 260-dan çox imzalanmış sənədi özündə birləşdirən möhkəm hüquqi baza ilə təmin olunub.

2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə xüsusi əhəmiyyətə malikdir.

Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət, qeyri-neft ixracına görə isə birinci tərəfdaşıdır. Bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsi 17,5 faiz artaraq rekord həddə, təxminən 4,4 milyard ABŞ dollarına çatıb. Həmçinin cari ilin birinci yarısında əmtəə dövriyyəsi dinamik artım nümayiş etdirir.

Tərəflər investisiya əməkdaşlığında artımın müsbət dinamikasını məmnunluqla qeyd ediblər. Rusiya biznesinin Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunduğu vurğulanıb. Azərbaycan hökuməti rusiyalı investorların rahat işləməsi üçün hər cür şərait yaradır.

Tərəflər sənaye əməkdaşlığının davamlı inkişafını qeyd edərək, Azərbaycanın müxtəlif sənaye obyektlərində dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün xidmətlərin göstərilməsi sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd ediblər. Bir sıra gəmiqayırma sahələrində əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.

Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur. Rusiyanın regionlarında sanatoriya-turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konservləri və çay istehsalı fabriklərinin tikintisi layihələri uğurla həyata keçirilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçüsü olan on ölkədən biridir. 2023-cü ildə Rusiyaya meyvə və tərəvəz ixracı təxminən 9 faiz artıb.

Qeyd edilib ki, hər iki tərəf nəqliyyat-tranzit sektorunda əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ötən il ikitərəfli yükdaşımalarının ümumi həcmi 10 faizdən çox artıb. Bu il də müsbət tendensiya müşahidə olunur - ilin birinci yarısında artım 3 faiz təşkil edib.

Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin tapşırıqlarının icrasını üzrə birgə işi davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiq ediblər.

Qeyd olunub ki, bu proses avtomobil və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı istiqamətində tərəflərin birgə səyləri ilə vəhdətdə aparılır.

Bu xüsusda Azərbaycan-Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı üzrə Yol Xəritəsinin əhəmiyyəti qeyd edilib.

Neft-qaz sektoru ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biri kimi səciyyələndirilib.

Həmçinin Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayına görə lider mövqe tutur. Ötən il ölkəmizə 630 mindən çox rusiyalı turist, 2024-cü ilin ilk altı ayında isə 360 min turist gəlib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Eyni zamanda, qeyd olunub ki, humanitar əməkdaşlıq ənənəvi olaraq Azərbaycan-Rusiya münasibətlərinin əsas vektoru olaraq qalır.

Azərbaycan Respublikasında rus dilində tədrisin olduğu 324 məktəb var ki, burada 800 min məktəbli rus dilini ikinci xarici dil kimi öyrənir.

Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları da ölkədə uğurla fəaliyyət göstərir, tələbələrə rus dilində yüksək keyfiyyətli təhsil almaq imkanı yaradır.

Tərəflər mədəni, elm və gənclər mübadiləsinin intensivləşməsini alqışlayıblar. İyun ayında Azərbaycanda Rusiya Mədəniyyəti Günləri böyük uğurla keçirilib.

İkitərəfli münasibətlərin mühüm tərkib hissəsinin hər iki dövlətin ən yüksək səviyyədə önəm verdiyi regionlararası əməkdaşlıq olduğu vurğulanıb.

Tərəflər bu baxımdan hərtərəfli qarşılıqlı fəaliyyət üçün səmərəli platforma kimi özünü təsdiq etmiş Azərbaycan-Rusiya Regionlararası Forumunun rolunu yüksək qiymətləndiriblər. Fevral ayında Stavropol diyarında 12-ci Forum uğurla keçirilib.

Azərbaycanın regionları ilə Rusiya Federasiyasının subyektləri arasında mütəmadi olaraq qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilir.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

İclasın yekunlarına dair Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının Protokolunu imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək