BAKIDA BEYNƏLXALQ SƏRGİ AÇILMIŞDIR
“İteca Caspian” şirkətləri direktorunun müavini Bəhruz Hidayətzadə bildirmişdir ki, sərgi Qafqaz regionunda bu adda yeganə ixtisaslaşdırılmış tədbirdir və burada dünyanın 5 ölkəsindən 30-a yaxın şirkət təmsil olunmuşdur. O, yerli şirkətlərin sərgiyə marağının artdığını və bunun onların məhsullarının ölkədən kənarda tanınmasına müsbət təsir göstərəcəyini vurğulamışdır.
Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov belə tədbirlərin ölkəmizdə iqtisadiyyatın inkişafına, sağlam ticarət mühitinin və qarşılıqlı rəqabətin yaranmasına, xarici sərmayələrin respublikamıza cəlb olunmasına, yerli malların dünya bazarına çıxarılmasına və müştərək biznesə əlverişli şərait yaratdığını bildirmişdir.
Almaniyanın “Koblenz”, “Bork”, Çexiyanın “Primus”, Rusiyanın “Bemz”, “Hyundau Electronick”, “Vyazma”, Türkiyənin “Kale kimya”, “Naturel Ocak” şirkətləri ilə yanaşı, Azərbaycanın “Star LTD”, “Rone Caspian İLD”, “Venus” kimi yerli istehsalçılarının da məhsullarının nümayiş olunduğu sərgi mayın 13-də başa çatacaqdır.