BAKIDA DAHA 10 MİN ƏDƏD MÜXTƏLİF NÖV AĞAC ƏKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 12-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtımızda daha bir iməcilik keçirmişdir. Nəriman Nərimanovun heykəlinin arxasındakı bağdan Şəhidlər xiyabanına qədər, təxminən 10 kvadratkilometr ərazidə 10 min ədəd müxtəlif növ ağac - əsasən muşmula, daş palıd və evkalipt əkilmişdir.
İməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin bütün strukturları və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə verdiyi müsahibədə son günlər Nəriman Nərimanov prospektindəki sürüşmə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmişdir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yaradılmış komissiyadakı mütəxəssislər bildirmişlər ki, ərazidə heç bir sürüşmə təhlükəsi yoxdur.
Yanvarın 15-16-da Bakıda 20 Yanvar faciəsinin 15-ci ildönümünə həsr olunmuş daha bir iməcilik keçiriləcəkdir. Bu dəfə Bayıl qəsəbəsindəki sürüşmə zonasında ağac əkiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]