Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR

AZƏRTAC xəbər verir ki, Bakıda, Gülüstan sarayında keçirilən “Azərbaycanda 10 illik humanitar fəaliyyət: təsir, qazanılmış təcrübə, gələcək istiqamətlər” mövzusunda beynəlxalq konfrans fevralın 18-də başa çatmışdır.

Tədbirin sonuncu günü konfrans geniş iclasda öz işini davam etdirmişdir. İclasa sədrlik edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti “Gələcək istiqamətlər” mövzusunda çıxış etmiş, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Azay Quliyev və digər natiqlər mövzu ətrafında fikirlərini açıqlamış, suallara cavab vermiş, Azərbaycan hökumətinin və özəl sektorun mövqeyindən və görülən işlərdən ətraflı danışmışlar.

“Gələcək prioritetlər, strategiyalar və əməkdaşlıq formaları” mövzusu ilə bağlı “Dövlət imkansızlığının aradan qaldırılması proqramı”, “Yerli hökumət və İcma əsasında fəaliyyət göstərən təşkilatlar”, “Qaçqın və məcburi köçkünlər”, “İcmanın səfərbər olunması” bölmələri üzrə yaradılmış İşçi Qruplarının hesabatları dinlənilmişdir.

Müzakirələrdə ABŞ-ın “Mersi Kor” beynəlxalq humanitar təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri Vilyam Holbruk, Boqdan Nahaylo, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Marko Borsotti, bp-nin sosial məsələlər üzrə meneceri Maykl Hakenbrux, Böyük Britaniyanın Middieseks Universiteti Biznes Məktəbinin əməkdaşı Maykl Hokins təmsil etdikləri qurumların mövqeyini açıqlamış, Azərbaycanda gələcək fəaliyyətin istiqamətlərindən danışmış, yerli hökumətlə beynəlxalq humanitar təşkilatların əlaqələrinin dərinləşməsi sahəsində mühüm işlərin görülməsinə dair yekun şərhlər söyləmişlər.

Onlar konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmiş, belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.

Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov konfransda çıxış etmiş, beynəlxalq humanitar təşkilatların respublikamızdakı fəaliyyətini yüksək qiymətləndirmiş, onların əməkdaşlıq, tərəfdaşlıq, əlaqələndirmə işlərində daha fəal olmalarını arzulamışdır.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunanadək beynəlxalq humanitar təşkilatlar Azərbaycandan getməməlidir” fikirini diqqətə çatdıran Əli Həsənov demişdir ki, birgə əməkdaşlıq sayəsində qazanılan təcrübədən gələcəkdə qaçqın və məcburi köçkünlərimiz doğma evlərinə qayıdandan sonra da istifadə olunacaqdır.

Hazırlanmış bir sıra proqramlar çərçivəsində humanitar yardımların həcminin artırılması barədə düşünməyin zəruriliyini söyləyən, son illər göstərilən köməyin azalmasını dünyanın digər bölgələrində yeni münaqişə ocaqlarının yaranması ilə izah edən Əli Həsənov vurğuladı ki, bu, donorların fəaliyyətinin zəifləməsinə səbəb olsa da, Azərbaycan hökuməti öz daxili imkanları, xüsusən də neft gəlirləri hesabına qaçqın və köçkünlərin problemlərinin həllini qismən öz üzərinə götürmüşdür.

O, hazırda Azərbaycanda Əfqanıstan, İran, Rusiya, İraq, Fələstin və digər ölkələrdən 11 min nəfərədək “qaçqın” statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslərlə bağlı söylənilən fikirlərə münasibət bildirdi, bu sahədə lazımi işlərin görüldüyünü diqqətə çatdırdı, Prezident Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülən tədbirlərdən danışdı. Bildirildi ki, bunun nəticəsində mövcud çətinliklər tədricən aradan qaldırılmış, müvafiq qanunvericilik bazası yaradılmış, beynəlxalq, yerli humanitar təşkilatların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsi təşkil edilmişdir. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı xarici və yerli qeyri-hökumət təşkilatlarına yaradılan şərait bunun bariz nümunəsidir.

Baş nazirin müavini Əli Həsənov ötən müddət ərzində çətin vəziyyətdə yaşayan məcburi köçkünlərə və qaçqınlara kömək etdikləri və davamlı inkişaf sahəsindəki səyləri üçün respublikamıza humanitar yardım göstərən donor ölkələrə, xarici ölkələrin neft şirkətlərinə və donor rolunu öz üzərinə götürməyə başlayan yerli şirkətlərə, eyni zamanda, konfransın təşkilatçılarına və sponsorlarına - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, ABŞ-ın “Uşaqların xilası”, “MERSİ KOR” təşkilatlarına, Norveçin Qaçqınlar Şurasına və digər beynəlxalq humanitar təşkilatlara, bp, “Statoyl” və “Ekson-Mobil” şirkətlərinə və əməyi olan digər şəxslərə Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi.

Dövlətqaçqınkomun sədri sonda Azərbaycan Prezidentinin verdiyi tapşırıqların və göstərişlərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatlarla sıx, uğurlu və faydalı əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırdı.

Yekun çıxışlarda konfransın işi müsbət qiymətləndirildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunana, qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıdanadək humanitar yardımların davam etdirilməsinin zəruriliyi təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı və əhalinin bu təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar bir daha yüksək dəyərləndirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili