MƏDƏNİYYƏT
Bakıda məşhur fransız kosmonavtı haqqında film nümayiş etdirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Paytaxtımızda reallaşdırılan “Sosial dəyişiklik üçün kino” layihəsi çərçivəsində “Landmark” kinozalında “Toma Peske, kosmosda xüsusi müxbir” sənədli filmi göstərilib.
AZƏRTAC xəbər verir ki, film Fransanın məşhur kosmonavtına həsr edilib. Toma Peske 2016-cı il noyabrın 17-də “Soyuz MS-03” gəmisində və Beynəlxalq Kosmos Stansiyasında bortmühəndis kimi fəaliyyətə başlayıb. O, Yerə 2017-ci il iyunun 2-də qayıdıb. Kosmik uçuşu 196 gün 17 saat 50 dəqiqə 25 saniyə davam edib. İki dəfə açıq kosmosa çıxıb və bu, ümumilikdə 12 saat 32 dəqiqə edib. Avropa Kosmik Agentliyinin ən gənc astronavtıdır.
Filmin nümayişindən sonra müzakirələr aparılıb.