Bakıda “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzi açılıb
Bakı, 6 mart, AZƏRTAC
Bakıda “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Azərbaycanın Xalq artisti Emin Ağalarov və digər qonaqlar tədbirdə iştirak ediblər.