BAKIDA PULSUZ XİDMƏT GÖSTƏRƏCƏK HÜQUQ YARDIMI MƏRKƏZİ AÇILMIŞDIR
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi mərkəz vətəndaşlara pulsuz hüquq xidmətləri göstərəcəkdir.
Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Ceyson Haylənd bildirmişdir ki, mərkəz Azərbaycanda hüquqi cəmiyyətin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Mərkəzin ali məktəblərdə hüquq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını möhkəmləndirmələri baxımından əhəmiyyətini vurğulayan C.Haylənd, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləmişdir.
Amerika Hüquqşünaslar Assosiasiyasının Avropa və Avrasiya Təşəbbüsünün Azərbaycan üzrə direktoru Frank Hespe bildirmişdir ki, mərkəz mülki və cinayət işləri üzrə ehtiyacı olanlara xidmət göstərəcəkdir.
Açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mərkəzdə yaradılmış iş şəraiti ilə yaxından tanış olmuşlar.