BAKIDA QADIN VOLEYBOL KLUBLARI ARASINDA MİNİ-TURNİR KEÇİRİLƏCƏKDİR
Avropa kubokları turnirlərinə hazırlaşan Azərbaycan voleybol komandaları arasında mini-turnir keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Azərbaycan Voleybol Federasiyasından bildirmişlər.
Hazırlığın səmərəli olması üçün federasiyanın idman zalında “Azərreyl”, “Rabitə”, “İqtisadçı” və “Lokomotiv” klubları arasında yarışın keçirilməsi qərara alınmışdır. Turniri oktyabrın son günlərində keçirmək nəzərdə tutulmuşdur.
Xatırladaq ki, “Azərreyl” Avropa Voleybol Konfederasiyasının kuboku, “Rabitə” və “İqtisadçı” klubları isə “Çelenc kuboku” turnirlərində mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]