CƏMİYYƏT
Bakıda soyuducu təmir sexində yanğın olub

Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 m² olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.
Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.12.2023 [18:55]
Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb
- 02.12.2023 [17:33]
Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib
- 02.12.2023 [16:35]