BAKIDA SU POLOSU ÜZRƏ BEYNƏLXALQ TURNİRƏ START VERİLMİŞDİR
![]()
AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşəbbüsü ilə təşkil edilmiş su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilmişdir.
BŞGİBİ-nin rəisi Raqif Abbasov son illər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Natiq bildirmişdir ki, Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qorumuş və vətənə medallarla dönmüşlər. Bu gün gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi, inkişaf etməsi üçün hər cür şərait yaradılmışdır.
Konstitusiya gününə həsr olunmuş turnirdə 4 komanda mübarizə aparacaqdır ki, bunlardan da biri Gürcüstanı təmsil edir.
Yarışa noyabrın 12-də yekun vurulacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]