MƏDƏNİYYƏT
Bakıda “Türk Animasiya Şəbəkəsi”nin yaradılması müzakirə olunub






Bakı, 30 noyabr, AZƏRTAC
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, moderator olan Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev dəyirmi masanın məqsədi haqqında məlumat verib.
Sonra mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, animasiya mütəxəssisi Oqtay Yusibov, animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digər qonaqlar çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə “Türk Animasiya Şəbəkəsi"nin yaradılması və bu sahədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.