BAKIDA UŞAQ PROBLEMLƏRİNƏ DAİR 1-Cİ MİLLİ KONFRANS KEÇİRİLMİŞDİR
Yığıncaqdan əvvəl konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov, mədəniyyət naziri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Gülər Əhmədova, YUNİSEF-in Azərbaycandakı başçısı Akif Saatçıoğlu və digərləri çıxış edərək, bu il respublikamızda vətəndaş cəmiyyəti və hökumət qurumları tərəfindən həyata keçirilmiş proqramlar barədə məlumat vermişlər. Onlar ölkəmizdə uşaqlarla bağlı aktual və həllini gözləyən problemlərdən, bu sahədə görülmüş və görüləcək işlərdən danışmışlar.
Milli konfransda uşaqlar tərəfindən HBUNQ və “Uşaqlar müharibəyə qarşı” kampaniyaları çərçivəsində hazırlanmış filmlər nümayiş etdirilmişdir.
Sonda HBUNQ kampaniyası çərçivəsində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmışdır.
Konfrans uşaq bədii kollektivlərinin konserti ilə başa çatmışdır.