Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı sanitar normanı 18 faiz ötüb
Bakı, 18 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.
Departamentdən AZƏRTAC-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 15:00-da bu göstərici 10 faiz təşkil edirdi.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz dumanının daxil olmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]