Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar norma daxilində olacaq
Bakı, 30 mart, AZƏRTAC
Atmosfer havasında müşahidə olunan toz-dumanın miqdarı günorta saatlarında norma həddinə qədər enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AZƏRTAC-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, martın 30-da ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakıda və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, departament mütəxəssislərinin martın 29-da səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]