Bakıda “Yenidən istifadə et, azalt və çeşidlə” devizi altında uşaq konfransı
Heydər Əliyev Fondunun təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Bakıda üçüncü beynəlxalq uşaq konfransı başlayıb.
AZƏRTAC xəbər verir ki, toplantıda 5 ölkədən 70-ə yaxın məktəbli iştirak edir. Qala qəsəbəsində yerləşən Etno-Ekoloji Mərkəzdə təşkil olunan açılışda Azərbaycan, Almaniya, Latviya, Macarıstan, Ukrayna, Belarusdan olan iştirakçılara ekologiya, tullantıların idarə olunmasının ətraf mühitə verdiyi faydalar barədə məlumat verilib.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov və “EkoSfera” sosial ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrdən danışıblar.
Sonra məktəblilər komandalara bölünərək ekoloji layihələrin hazırlanmasında iştirak ediblər.
Növbəti günlərdə konfrans iştirakçılarının Heydər Əliyev Mərkəzinə, eləcə də Balaxanı qəsəbəsində yerləşən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına maarifləndirici səfəri nəzərdə tutulur.
“Yenidən istifadə et, azalt və çeşidlə” devizi altında başlayan konfrans üç gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]