Balakəndə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Balakən, 20 yanvar (AZƏRTAC). Balakəndə Qanlı Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər bir neçə gündür davam edir. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumxalq hüzn günü ərəfəsində idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, qəsəbə və kəndlərdə anma mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları, inşa yazı və rəsm müsabiqələri keçirilmiş, sərgi və guşələr təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa”, rayon tarix-diyarşünaslıq muzeyində “Tariximizin qan yaddaşı”, gənclər və idman idarəsində “Şəhidlik ən uca zirvədir” mövzularında tədbirlər, habelə Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmiş, ümumtəhsil məktəblərində ilk dərslər 20 Yanvar şəhidlərinin qəhrəmanlığına həsr edilmişdir.
Yanvarın 20-də rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə insanlar axın-axın Balakəndəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş igid həmvətənlərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə al qərənfillər düzmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]