BALAKƏNDƏ ASFALT ZAVODU YENİDƏN İŞƏ SALINDI
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əvvəllər küçə və yolların təmiri üçün asfalt qonşu Zaqatala rayonundan gətirilirdi. Bu isə əlavə xərc tələb etməklə yanaşı, asfaltın soyumasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. İndi bütün bu problemlər aradan qaldırılmışdır. Hazırda Balakən şəhərində küçə və yolların asfaltlaşdırılması davam edir. Bu işlərə 120 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [16:49]