BALAKƏNDƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ RESPUBLİKA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
Respublika Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə noyabrın 11-dən 13-dək Balakən şəhərində uşaq-gənclər idman məktəbləri komandalarının iştirakı ilə sərbəst güləş üzrə ölkə birinciliyi keçirilmişdir. Yarışlarda ölkəmizin 29 şəhər və rayonunu təmsil edən 36 komandanın tərkibində 411 nəfər yeniyetmə idmançı mübarizə aparmışdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərdəki 3 nömrəli orta məktəbin idman zalında keçirilən və 3 gün davam edən birincilikdə Balakən, Bakı və Gəncə uşaq-gənclər idman məktəblərinin yetirmələri daha uğurlu çıxış edərək, turniri ilk pillələrdə başa vurmuşlar.
Qaliblərə Təhsil İdman Mərkəzinin diplomları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]