Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Balaxanı poliqonu ərazisində tikilməkdə olan Bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcəkdir. Zavodda 500 min ton məişət və 10 min ton tibbi tullantılar zərərsizləşdiriləcək ki, bunun nəticəsində 230 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcəkdir. Zavodun fəaliyyəti nəticəsində Bakıda tullantıların ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə azalacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Zakir İbrahimov jurnalistlərə müsahibəsində bildirmişdir.
Son iki ildə rəhbərlik etdiyi qurumun Balaxanıda gördüyü abadlıq işlərindən danışan Z.İbrahimov demişdir ki, ötən il Dünya Bankının texniki dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin bütün komponentləri üzrə işlər davam etdirilmişdir. Layihə çərçivəsində ASC üçün maşın və texniki avadanlıq alınmışdır. Qeyd etmişdir ki, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2014-cü ilədək dünya sanitariya standartlarına tam cavab verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]