Bank nümayəndələri üçün vebinar təşkil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə “Risklərin idarə edilməsi üzrə” ekspert qrupu və bankların nümayəndələri üçün vebinar keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, banklarda risklərin idarə edilməsi, xüsusilə pandemiya dövründə daha da böyük əhəmiyyət qazanıb. Bu baxımdan beynəlxalq təcrübədə pandemiya dövrünün təsirlərini nəzərə alaraq risklərin idarə edilməsi istiqamətində görülən tədbirlərin öyrənilməsi olduqca vacibdir. Bu məqsədlə təşkil olunmuş vebinarda Almaniya əmanət banklarında stres testləşdirmə təcrübəsi və koronavirusun risklərin idarəedilməsinə və stres testləşdirməyə olan təsirləri də müzakirə edilib. Bankların risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin və digər nümayəndələrinin iştirakı ilə baş tutan vebinarda, həmçinin stres testlərin nəticələrinə əsaslanan potensial tədbirlər, kredit riski və reytinqləri barədə məlumatlar və əks stres test konsepsiyası mövzularına da toxunulub.
Vebinarın təqdimatı Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun mütəxəssisi Jan Kleine tərəfindən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]