“BANK RESPUBLİKA” UDUŞ KAMPANİYASINI YEKUNLAŞDIRDI
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” “Almaniyaya futbol üzrə Dünya Çempionatına” adlı uduş kampaniyasını yekunlaşdırmışdır. Uduşun əsas qalibi futbol üzrə dünya çempionatına bir ədəd bilet qazanmışdır. Digər qaliblər 1 ədəd Microsoft Xbox əyləncə sistemi və Adidas şirkətinə məxsus 14 ədəd “FİFA World Cup” yazılı futbol topu qazanmışlar.
Bank MasterCard və Maestro kart müştəriləri üçün dekabrın 15-dək davam edəcək daha bir uduş kampaniyası keçirir. Burada əsas mükafat İtaliyaya bir həftəlik səyahətdir. Kampaniyanın şərtlərinə görə, müddətin sonunadək 20 AZN/dollar/avro məbləğində həyata keçirilən hər bir əməliyyat sahibi uduşda iştirak etmək üçün 1 şans qazanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:24]
Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]