ELM VƏ TƏHSİL
BANM-də “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabı təqdim edilib





Bakı, 17 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasında informatika fənni üzrə mütəxəssis Nərmin Xankişiyevanın “Python” - proqramın məntiqi və işləmə prinsipləri” kitabının təqdimatı keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabın müasir texnologiyaların öyrənilməsi və proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi baxımından tələbə və şagirdlər üçün çox faydalı olduğu vurğulanıb.
Sonda iştirakçılara imzalı kitablar hədiyyə edilib.