“BARMEK” XƏBƏRDARLIQ EDİR
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari il fevralın 17-dən başlayaraq, borcu olan abunəçilərə son dəfə telefonla xəbərdar ediləcək, eyni zamanda onların mənzillərinə fərdi qaydada faktura hesabları təqdim olunacaqdır. Əgər 10 gün ərzində abunəçilər öz borclarını ödəməsələr, işıqsız qalmalı olacaqlar.
Abunəçilər üçün asan olsun deyə, 40-66-88 nömrəli əlaqə telefonu da təşkil edilmişdir. Onlar 24 saat ərzində, istənilən vaxt öz borclarının məbləğini öyrənə, yaxud borcun ödənilməsi barədə şirkətə məlumat verə bilərlər.