Barselona Azərbaycan Cəmiyyətinin üzvü: Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmalıyıq
Madrid, 25 fevral, AZƏRTAC
Biz Xocalı soyqırımı barədə həqiqətləri dünyaya çatdırmalıyıq. Berlində keçirilmiş Ümumavropa Qarabağ mitinqində biz növbəti dəfə həmrəylimizi nümayiş etdirdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mitinqdə iştirak edən Barselona Azərbaycan Cəmiyyətinin üzvü Yeganə Salayeva deyib.
“Dünyanın bütün guşələrindən gələn azərbaycanlıların “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” şüarlarını səsləndirmələri məni çox təsirləndirdi. “Qarabağ şikəstəsi”nə göz yaşları içində qulaq asdım. Biz doğma Vətənimizdən uzaqda yaşayırıq. Lakin buna baxmayaraq, birləşərək mitinqdə iştirak etməyi özümüzə borc bildik”, - deyə o bildirib.
Y.Salayeva deyib ki, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan bu hərəkatın davamı kimi Barselonadakı Azərbaycan Evində Azərbaycan dili və tarix dərsləri təşkil ediləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid