“Barselona” müdafiəçi Ceyson Murillonu icarəyə götürüb
Bakı, 21 dekabr, AZƏRTAC
“Barselona” klubu “Valensiya”nın müdafiəçisi Ceyson Murillonu cari mövsümün sonunadək icarəyə götürüb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu dekabrın 27-də ictimaiyyətə təqdim olunacaq.
Cari mövsümün sonunda “Barselona” müdafiəçini transfer edərsə, “Valensiya”ya 25 milyon avro ödəyəcək.
1992-ci ildə Kolumbiyada dünyaya gələn Ceyson Murillo Avropada ilk olaraq İtaliyanın “Udineze” klubu ilə müqavilə bağlayıb və sonradan “Qranada”ya icarəyə verilib. Avropanın bir çox klublarının heyətində yer almış Murillo 2017-ci ilin avqustunda “Valensiya” klubuna icarəyə verilib və sonradan transfer olunub.
Qeyd edək ki, müdafiəçi Kolumbiya yığma komandasının heyətində də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]