Baş katib: Yeniyetmə badmintonçularımızdan sürpriz nəticələr gözləyirik
Bakı, 10 fevral, AZƏRTAC
"Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Turnirdə 50-yə yaxın ölkədən yüzlərlə idmançının mübarizə aparması yarışın əhəmiyyətindən xəbər verir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Bakıda keçirilən “Azerbaijan International 2024” yarışı haqqında danışarkən deyib.
O, 1/4 finala yüksələn yığma üzvləri Keişa Fatimə Zəhra və Edi Reski Dviçayoya ümidlərin böyük olduğunu bildirib: "Onlar "Paris-2024" Yay Olimpiya Oyunlarına əsas namizədlərimizdir. Ümid edirik ki, bu turnirdə reytinq xallarını yüksəldərək şanslarını daha da artıracaqlar".
Baş katib yeniyetmə badmintonçuların da şanslarını dəyərləndirib: "Bu, onların iştirak etdiyi ilk beynəlxalq turnirdir. Millinin baş məşqçisi Morteza Validarvi onlara özlərini beynəlxalq arenada sınamaları və xallar qazanmaları üçün şans verdi. Təbii ki, onlardan sürpriz nəticələr gözləyirik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]