Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş məşqçi R.Əbdürrəhmanov: “Birinci Avropa Oyunlarında üzgüçülərimizin final mərhələsinədək irəliləyəcəyinə ümid bəsləyirik”

Baş məşqçi R.Əbdürrəhmanov: “Birinci Avropa Oyunlarında üzgüçülərimizin final mərhələsinədək irəliləyəcəyinə ümid bəsləyirik”

Xaçmaz, 4 may, Elxan Yusifli, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir keçirilir.

Bu yarış həm də birinci Avropa Oyunlarına qatılacaq Azərbaycan üzgüçüləri üçün növbəti sınaq meydanıdır.

Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov AZƏRTAC-a eksklüziv müsahibəsində Xaçmazda keçirilən beynəlxalq yarış, üzgüçülərimizin birinci Avropa Oyunlarına hazırlıq prosesi və idmançılarımızın bu mötəbər yarışda şansları haqqında fikirlərini bölüşüb.

-Artıq birinci Avropa Oyunlarının başlanmasına az qalıb. Üzgüçülük üzrə yığma komandamızın mötəbər turnirə hazırlığı necə keçir?

-Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində mart ayının sonlarından başlayaraq aprelin 15-dək Slovakiyanın Bаnskа Bistritsа şəhərində təlim-məşq toplanışında olduq. Orada keçirilən üzgüçülük üzrə lisenziya xarakterli beynəlxalq turnirdə idmançılarımız yaxşı nəticələr göstərdilər. Belə ki, üzgüçülərimizdən Boris Kirilov 50 və 100 metr məsafədə arxası üstə üzmə üsulunda qızıl medala, 200 metr məsafədə arxası üstə üzmə üsulunda isə gümüş medala sahib olub. Bundan başqa, birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandamızın üzvü Qriqori Kalinski isə 100 metr məsafədə arxası üstə üzmə üsulunda bürünc medala layiq görülüb. Bununla yanaşı, milli komandamızın xanım üzgüçüləri arasında Yulya Stitsyuk 100 metr məsafədə arxası üstə üzmə üsulunda, Alsu Bayramova isə 200 metr batterflay üsulu ilə üzmədə bürünc medallara sahib olublar.

Slovakiyada təlim-məşq toplanışı başa çatdıqdan sonra üzgüçülərimiz Çexiyanın Ostrava şəhərində təşkil olunan lisenziya xarakterli beynəlxalq turnirdə də iştirak etdilər. Bu turnirdə də 3 medal qazandıq. Ümumilikdə, təlim-məşq toplanışlarımız çox yüksək səviyyədə keçdi. Bizim hazırlaşmağımız üçün hər bir şərait yaradılıb. İştirak etdiyimiz yarışlar idmançılarımızın nəticələrinin daha da yaxşılaşmasına kömək olacaq. Birinci Avropa Oyunlarına çox az vaxt qalıb. Bu müddətdən də səmərəli istifadə edib ölkəmizdə keçiriləcək mötəbər turnirdə yaxşı nəticələr göstərməyə çalışacağıq.

-Hazırda Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkənin idmançılarının qatıldığı üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak edirsiniz. Bu turnir¬ birinci Avropa Oyunları ərəfəsində üzgüçülərimiz üçün növbəti sınaq ola bilərmi?

- Biz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışa həmişə yüksək səviyyədə hazırlaşmışıq və çox məsuliyyətlə yanaşırıq. Sevindirici haldır ki, son illər Azərbaycanın regionlarında yüksək səviyyəli yarışlar keçirilməsi ənənə halı alıb. Xaçmaz Olimpiya İdman Kompleksində üzgüçülük üzrə beynəlxalq yarışın yüksək səviyyədə təşkili regionlarımızda idmanın inkişafından xəbər verir. Bu, həm də buradakı uşaq və gənclərin su idmanı növlərinə marağının artmasına səbəb olacaq. Beş ölkədən 80-dən çox idmançının qatıldığı bu beynəlxalq yarış birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində böyük əhəmiyyətə malikdir. İdmançılarımızın qatıldığı hər bir turnir üzgüçülərimizin təcrübəsinin artmasına kömək edir.

-Üzgüçülərimizin birinci Avropa Oyunlarında şanslarını necə qiymətləndirirsiniz?

-Komandamızın heyəti gənclərdən və yeniyetmələrdən təşkil olunub. Təxminən bir ildir ki, kollektivimizlə mütəmadi məşqlər keçiririk. Milli komandamızda çox perspektivli idmançılar yer alıb. Birinci Avropa Oyunlarında 12 üzgüçü ilə təmsil olunacağıq. Bunlardan 6-sı oğlan, 6-sı isə qızdır. Bu mötəbər turnirdə üzgüçülərimizin final mərhələsinədək irəliləyəcəyinə ümid bəsləyirik. Final mərhələsinə düşmək artıq bütün Avropada səkkiz idmançıdan biri olmaq deməkdir. Bu da bizim üçün böyük nəticə sayıla bilər. Hər bir halda həmvətənlərimizi sevindirməyə çalışacağıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO