Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.
Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.
Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.