BDU-da Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti ilə (BDU) Berlin Texniki Universiteti arasında Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, onlayn görüşdə “Sahilyanı ərazilərdə iqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması” ("New courses in geospatial engineering for climate change adaptation of coastal ecosystems") adlı layihə müzakirə olunub.
Görüşdə layihənin koordinatoru, BDU-nun Coğrafiya fakültəsinin müəllimi Aytən Məhərrəmova-İmanova sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsi mövzusunda, həmçinin layihənin perspektivləri barədə müzakirələrdə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]