Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da fəaliyyət göstərən muzeylər tələbə, müəllim və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarıdır

BDU-da fəaliyyət göstərən muzeylər tələbə, müəllim və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarıdır

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bakı Dövlət Universitetinin Tarixi muzeyinin müdiri Ramin Səmədov bu barədə AZƏRTAC ilə fikirlərini bölüşüb. O deyib: “Muzeylər tarixlə bağlı həqiqəti təcəssüm etdirən, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən zəngin mədəniyyət ocaqlarıdır. Tarixi özündə yaşadan, ötən dövrlərin müxtəlif olaylarından xəbər verən eksponatların komplektləşdirilməsini, qorunub saxlanmasını, etibarlı mühafizəsini, tədqiqini və nümayişini təmin edən muzeylər hər bir cəmiyyətin maddi-mənəvi xəzinəsi hesab olunur. UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ilə təsadüf edən 11-ci Konfransında qəbul olunmuş qərara əsasən hər il mayın 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. 1978-ci ildən başlayaraq hər il 150-dən çox ölkədə qeyd olunan bu beynəlxalq tədbir xalqlar arasında mədəni mübadilənin, mədəniyyətin müxtəlif istiqamətlərini birləşdirən sahələr üzrə əməkdaşlığın inkişafına töhfə verir. Beynəlxalq Muzeylər Günü ictimaiyyətin diqqətini xalqın mədəni irsini qoruyub saxlayan və gələcək nəsillərə ötürən muzeylərin vəziyyətinə, bu sahədə olan problemlərə cəlb etmək, onların həlli yollarını tapmaq, muzeyləri inkişaf etdirmək və zənginləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir çərçivəsində adəti üzrə bütün muzeylərdə “Açıq qapı” günü keçirilir və ziyarətçilərin tarixi hadisələri əks etdirən muzey eksponatları və əşyaları ilə daha yaxından tanış olmaları üçün əlverişli şərait yaradılır. Dünyada tarixi qədim keçmişə söykənən, ötən dövrlərdə yaşananları müxtəlif dəyərli eksponat və ekspozisiyaları ilə özündə ehtiva edən, milyonların ziyarət məkanına çevrilən yüzlərlə məşhur muzey fəaliyyət göstərir. Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, habelə Parisdə Luvr Muzeyi, Venesiyada Akademiya Qalereyası, Drezdendə Şəkil Qalereyası, Moskvada Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər sözün həqiqi mənasında zəngin mədəniyyət ocaqlarıdır.

İnkişaf etmiş ölkələrdə muzey işinin təşkili ilə bağlı əldə edilmiş təcrübənin öyrənilməsi ölkəmizdəki muzeylərin fəaliyyətinin təkmilləşməsində, bu növ fəaliyyətin elm və təhsil sahəsində müasir tələblərə uyğun şaxələndirilməsində, rəqəmsal texnologiyaların inkişafı dövründə muzeylərin interaktivliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda bir çox sahələr kimi muzey işinin, muzeyşünaslığın inkişafı da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrlərə təsadüf edir. 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, Ulu Öndərin sovet dövründə respublikaya rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılıb. Dahi lider ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edən vacib qərarlar qəbul edib. Bu tədbirlərə uyğun olaraq ölkəmizdə Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlayıb. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Qeyd edilməlidir ki, ötən əsrin 90-cı illərində bu sahədə vəziyyət heç də ürəkaçan olmayıb. Azərbaycanda ictimai-siyasi gərginlik, xaos və anarxiya digər sahələrdə olduğu kimi, muzey işinə də öz mənfi təsirini göstərib. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandı. Mədəni irsimizə diqqət və qayğı yeni muzeylərin təşəkkül tapmasına və müasirləşdirilməsinə yol açdı.

Təəssüflər olsun ki, uzun illər ölkəmizdə fəaliyyət göstərmiş və xalqımızın tarixi və mədəniyyətinin təbliğatçısı kimi tanınmış muzeylərin 22-si ötən əsrin 90-cı illərində erməni qəsbkarlarının təcavüzü nəticəsində bu gün işğal altındadır. Erməni işğalı nəticəsində Ağdamda Çörək muzeyi ilə yanaşı, tarix-ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası, Şuşada Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev-muzeyləri, Şəkil Qalereyası, Şuşa və Xankəndi Diyarşünaslıq muzeyləri eksponatları ilə birlikdə tamamilə məhv edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi (indi Azərbaycan Xalça Muzeyi) Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin ümumilikdə 800-dən çox eksponatı talan edilib. Otuz mindən çox tarixi əhəmiyyətli əşyaları olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də erməni vandallarının talanına məruz qalıb.

Qeyd edilməlidir ki, işğal olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılması, saxtalaşdırılması və talan edilməsi UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının kobud şəkildə pozulması ilə yanaşı, vandalizm aktıdır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizdə muzeylərin inkişafı yeni mərhələyə qədəm qoyub. Ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması bu yüksək qayğının dolğun təzahürüdür.

Prezidentin 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açdı.

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir: bunlardan 68-i tarix-diyarşünaslıq, 52-si Heydər Əliyev muzeyi, 43-ü görkəmli xadimlərin ev-muzeyi, 14-ü incəsənət, 12-si tarix, 7-si ədəbiyyat, 5-i döyüş şöhrəti muzeyidir. Regionlarda fəaliyyət göstərən Heydər Əliyev muzeyləri mədəniyyət ocaqları kimi Ulu Öndərin zəngin irsinin öyrənilməsində, onun ideyalarının təbliğində və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır.

Xüsusilə qeyd edilməlidir ki, bu gün universitet muzeylərinin əhəmiyyəti, onun təhsil və elmlə birgə vəhdəti gələcək nəsillərin tariximizə və mədəni irsimizə bağlılığında vacib amillərdəndir. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərinin əksəriyyətində muzey ənənələrinin inkişafı fərəhləndiricidir. Bildiyimiz kimi, ilk universitet muzeyi ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində yaradılıb. Bu gün BDU-da 5 muzey fəaliyyət göstərir: Heydər Əliyev muzeyi, BDU-nun Tarixi muzeyi, Geologiya fakültəsinin “Faydalı qazıntılar muzeyi”, M.A.Axundov adına “Təkamül təlimi muzeyi”, “Arxeologiya və etnoqrafiya muzeyi”.

Tariximizi və mədəniyyətimizi yaşadan muzeylərə dövlət qayğısı ilə yanaşı, cəmiyyətin hər bir üzvünün diqqəti və yaradıcı münasibəti olduqca vacibdir. Bu münasibət xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və sabaha ötürülməsi, gənc nəslin düzgün tərbiyə olunması və vətənpərvərlik ruhunda formalaşması üçün möhkəm zəmin yaradır. Ulu öndərimiz Heydər Əliyevin muzeylərin əhəmiyyəti haqqında bu kəlamını unutmamalıyıq: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon Avropadakı ABŞ döyüş briqadalarının sayını azaldıb

Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Alimlər diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Avropada uşaqların itməsi hallarının 90-dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

BMT AİK rəsmisi: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri digər ölkələr üçün nümunə ola bilər

ÜHST: “EuFMD” Komissiyasına üzvlüklə bağlı xatirə tablosu Azərbaycan nümayəndəsinə təqdim olunub

“Mançester Siti” xal itirib, “Arsenal” 22 il sonra İngiltərə çempionu olub

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb

Jordi Llopart: BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsi vacibdir

Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb

“Qarabağ”ın prezidenti: Biz səs-küylü addımlara deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük veririk

Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər

Belçikada Azərbaycan cazına həsr edilmiş konsert olub

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Çin nümayəndəsi: WUF13 şəhərsalma sahəsində təcrübə və innovasiyaların paylaşılması üçün imkan yaradır

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB

Fransada müştəri öhdəliklərini pozan bank 20 milyon avro cərimələnib

WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırılır

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Tacikistan və Qazaxıstan tranzit daşımalarının sadələşdirilməsi barədə razılığa gəlib

Serbiyalı mütəxəssis: Dünyanın bütün dövlətlərində mənzili olmayan minlərlə ailələr var

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

WUF13-də Çinin Ümumdünya Şəhərlər və Ümumdünya Təmizlik günlərinin qlobal tədbirlərinə ev sahibliyi edəcək şəhərlərinin təqdimatı olub

Aysel Yaqubova: Şəhərlər enerjinin əsas istehlakçıları və emissiyalara əhəmiyyətli töhfə verənlərdir

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Kanadalı layihə rəhbəri: WUF13 müxtəlif ölkələrin təcrübəsini öyrənmək baxımından əhəmiyyətli platformadır

Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib

Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq

Rüstəm Qasımov: Dayanıqlı şəhərin inkişafı etibarlı enerji mənbələri olmadan mümkün deyil

® “Azercell” “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Anaklaudia Rossbax: UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası üzrə fəaliyyətini genişləndirir

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər

Kaori İşikava: Qayğı iqtisadiyyatı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında vacib rol oynayır

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo”da konsert proqramı ilə çıxış ediblər

WUF13-ün iştirakçısı: Bakıda görülən işlər yüksək səviyyədədir

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır

Bu saata olan əsas xəbərlər

ABŞ Prezidenti: Kubanın narahatlığını həll etmək üçün rejim dəyişikliyinə ehtiyac olmaya bilər

BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13-ün əhəmiyyətindən danışılıb

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb - FOTOLAR

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar - konfrans

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-ün ana xəttini təşkil edir

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

ABŞ vətəndaşları Ebola virusu ilə əlaqədar bir sıra ölkələrə səfər etməməyə çağırılıb

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Nazir müavini: Bakı Davamlılıq Koalisiyası şəhərsalma və iqlim fəaliyyətlərini bir araya gətirməyə xidmət edir

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır

Anaklaudia Rossbax: Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq

Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Qarabağ Universitetində Xalq artisti Fəxrəddin Manafovla görüş

Nigeriyalı mütəxəssis: İqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır

Rəsul Rza mükafatı laureatlara təqdim olunub

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub

WUF13-də qeyri-rəsmi anlar - FOTOREPORTAJ