BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş
Bakı, 16 oktyabr, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə Bakı Dövlət Universitetinin (BDU) l kurs tələbələrinin görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Təhsil Tələbə Krediti Fondunun son illər BDU ilə səmərəli əməkdaşlıq etdiyini bildirib, vaxtaşırı keçirilən görüşlərin tələbələrin təhsilə əlçatanlığı baxımından əhəmiyyətini vurğulayıb.
Sonra təqdimatla çıxış edən TTKF-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər.
Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə məlumatlandırılıblar.
Sonra tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.