“Bədən dili” mövzusunda onlayn seminar keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Bədən dili” mövzusunda onlayn seminar keçirildi.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, ahəng psixologiya reabilitasiya və inkişaf mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova könüllülərə bədən dilinin şüuraltı mexanizmləri, gözlərin dili, mimika və jestləri anlamağın yolları, yalan danışan insanın bədən dili haqqında ətraflı məlumat verib.
Sonda isə psixoloq iştirakçıların suallarını cavablandırıb.