BƏƏ-də Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
Mərasimdə bir sıra xalqların diasporlarının nümayəndələrinə 19 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərinin erməni qəsbkarlarının son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanmışdır.
Cəmiyyətin sədri Samir İmanov bir gecənin içində Xocalı şəhərinin yerlə-yeksan edilərək yer üzündən silindiyini bildirmişdir. S. İmanov XX əsrin ən böyük faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamış, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə soyqırımı həqiqətlərinin araşdırıldığını, onlara siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir. O, 19 il ərzində bu dəhşətli hadisənin dünyada tanıdılması məqsədi ilə Azərbaycan dövləti və xalqının çox işlər gördüyü bildirmişdir.
Cəmiyyətin sədri beynəlxalq təşkilatların indiyədək insanlığa yönəlmiş belə bir bəşəri cinayətə siyasi-hüquqi qiymət verməməsinin təəssüf doğurduğunu demişdir.
Sonra qonaqlara erməni vandallarının Qarabağda törətdikləri qırğınlardan bəhs edən sənədli film təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]