BƏƏ ən yaxşı səhiyyə sisteminə malik ilk 20 ölkə sırasına daxil edilib
Bakı, 16 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri akkreditasiyadan keçmiş tibbi müəssisələrinin sayına görə dünyada birinci yeri tutub və səhiyyə sahəsində dünya liderlərindən biri kimi mövqeyini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2025-ci ildə BƏƏ səhiyyə sahəsi üzrə 21 göstərici üzrə dünyanın ən yaxşı on ölkəsi sırasına daxil olub, ölkənin səhiyyə sisteminin keyfiyyəti regionda ən yüksək səviyyədə tanınıb və qlobal miqyasda 20-ci yeri tutub.
Bu uğurlar strateji investisiyalar sayəsində mümkün olub. Belə ki, 2025-ci il üzrə büdcədə səhiyyənin inkişafı və xəstəliklərin profilaktikası üçün 5,745 milyard dirhəm (büdcənin 8 faizi) ayrılıb.
Proqnozlara görə, BƏƏ-də səhiyyəyə çəkilən xərclər 2029-cu ilə qədər təxminən 151 milyard dirhəmə çatacaq ki, bu da orta illik 6,7 faiz artım deməkdir. 2027-ci ilə qədər dövlət bu sahəyə ümumilikdə 118 milyard dirhəm investisiya yatırmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]