BELARUSDA NEFT PARAFİNİNİN BURAXILMASI ÜÇÜN GÜCLÜ İSTEHSALAT YARADILIR
AZƏRTAC Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, “Mədən mumu zavodu” ASC neft parafini buraxmağa başlamışdır.
Yeni məhsulun 70 ton həcmində birinçi partiyası artıq hazırlanmışdır. İlin sonunadək müəssisə daha 700 tonadək məhsul istehsal etməyi nəzərdə tutur.
2010-cu ilədək zavodda ildə 18 min ton gücündə neft parafini istehsalatı yaratmaq planlaşdırılır. İdxalı əvəz edən bu layihənin icrası nəticəsində respublikanın daxili bazarının parafinə ehtiyacı tam təmin olunacaqdır. Məhsulun təqribən 17 min tonunu ixrac etmək, məsələn, Rusiyaya, uzaq xarici ölkələrə göndərmək nəzərdə tutulur. Neft parafininə xarici bazarda yüksək tələbat var və zavod artıq potensial alıçılardan sifarişlər alır.
İsveçrənin “Sulzer” şirkəti texnologiyanı işləyib hazırlayan və əsas avadanlığın istehsalçısı qismində çıxış etmişdir.
Zavodun əsası 1961-ci ildə qoyulmuşdur. Müəssisə Svisloç şəhər tipli qəsəbəsində (Minsk vilayəti) yerləşir və “Belneftkimya” konserninin tərkibinə daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]