BELÇİKA AZƏRBAYCANLILARI BİRLİYİ QURBAN BAYRAMINI BAKIDA KEÇİRƏCƏK
AZƏRTAC xəbər verir ki, Belçikada yaşayan azərbaycanlılar Almaniyanın Köln şəhərindəki “Azərbaycan” Cəmiyyəti ilə birlikdə bu il, ilk dəfə olaraq, Qurban bayramını Azərbaycanda qeyd edəcəklər.
Belçikadakı “Azərbaycan Evi”nin sədri Bülənt Gürcam bildirmişdir ki, qürbətdə yaşayan həmvətənlərimiz kəsiləcək qurbanların didərgin düşmüş soydaşlarımıza paylanılması barədə qərar qəbul olunmuşdur.
Yanvarın 10-da Bakıya gələcək birliyin rəhbərləri qurbanları rayonlarda toplu halda kəsib, sakinlərə paylayacaqlar.