Belçikada Azərbaycan-Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşü olacaq
Bakı, 1 may, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də paytaxt Brüssel şəhərində keçiriləcək Azərbaycan-Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.
Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]