BƏLƏDİYYƏLƏRİN İNFORMASİYA AÇIQLIĞI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Aydın Səfixanlı Qanunun mövcud tələblərinin məlumat almaq hüququnun daha sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə həyata keçirilməsinə, dövlət və yerli özünüidarəetmə orqanlarında şəffaflığın daha aşkar təmin olunmasına şərait yaratdığını vurğulamışdır.
Dəyirmi masada “İnformasiya əldə etmək haqqında” Qanunun bələdiyyələr üzərinə qoyduğu vəzifələr”, “Bələdiyyələrin informasiya açıqlığında informasiya texnologiyalarının rolu”, “Bələdiyyələrin ictimaiyyətlə əlaqələrinin qurulması məsələləri” mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.