Benksinin yeni əsəri ictimaiyyətə təqdim olunub
London, 30 may, AZƏRTAC
Benksi adı ilə tanınan ingilis rəssam-qrafitistin növbəti əsəri ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Benksinin rəsmi “Instagram” hesabında paylaşılan fotoda solğun, bej divarda çəkilmiş mayak təsviri və “Məndə gördüyün insan olmaq istəyirəm” yazısı yer alır. Divarın qarşısındakı sütunun kölgəsi ilə yaradılan illüziya, sanki mayakın həmin sütunun kölgəsi olduğunu göstərir.
Lakin paylaşımda əsərin harada çəkildiyi ilə bağlı məlumat verilməyib. Sosial şəbəkə istifadəçiləri bu küçə sənətinin Fransanın cənubundakı Marseldə ola biləcəyini iddia edirlər.
Benksi bütün karyerası boyu öz şəxsiyyətini gizli saxlayıb. Onun əsərlərinin orijinallığı yalnız rəsmi “Instagram” səhifəsi vasitəsilə təsdiqlənir. Banksinin əsərləri tez-tez immiqrasiya, Ukrayna müharibəsi və evsizlik kimi siyasi mövzulara da toxunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]