Bərdə rayonunun iki kəndinə təbii qaz verilmişdir
Bərdə, 7 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Bərdə rayonunun Saatlı və Həsənqaya kəndlərinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə həmin kəndlərdə rayon ictimaiyyətinin və sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı Zahid Oruc qaz çəkilişi münasibətilə sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışlar. Bildirmişlər ki, Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılmış, 28 kənd mavi yanacaqla təmin olunmuşdur. Hazırda rayonun Gərənə, Nazırlı və Qazaxlar kəndlərinə qaz çəkilişi davam edir.
Həsənqaya kəndinin qazlaşdırılması üçün Mehdixanlı kəndindəki qaztənzimləyici məntəqədən 4365 metr daşıyıcı qaz kəməri, 16 min 571 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 1 ədəd qaztənzimləyici və 1 ədəd siyirtmə quraşdırılmışdır. Həsənqaya kəndində 313, Saatlı kəndində 133 təsərrüfat qazlaşdırılmışdır. Mənzillərdə sayğaclar quraşdırılmışdır.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]